"Fənərbağça" - "Qalatasaray" derbisindən öncə azarkeşlərlə bağlı qərar qəbul olunub
Dekabrn 24-də keçiriləcək "Fənərbağça" - "Qalatasaray" görüşündə qonaq komandanın azarkeşlərini ilə bağlı qərar qəbul olunub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar"ın cəmi 2079 azarkeşi oyunu meydandan izləyə biləcək. Azarkeşlərin görüş öncəsi stadionun ətrafında toplu şəkildə dayanması qadağan olunub.
"Qalatasaray" azarkeşləri isə bu qərarı bəyənməyiblər və haqsızlıq olduğunu bildiriblər.
Qeyd edək ki, Türkiyə Superliqasının 18-ci turunda keçiriləcək derbi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.