"Fənərbağça"da derbi öncəsi zədə
"Fənərbağça"nın 33 yaşlı mərkəz müdafiəçisi Sərdar Aziz komanda ilə məşq zamanı zədələnib.
Sportline.az Sporx.com-a istinadal xəbər verir ki, təcrüəli futbolçu derbi öncəsində zədələndiyi üçün matç buraxmalı olacaq. Baş məşqçi İsmail Kartal Sərdar Azizin vəziyyəti ilə bağlı açqılamada :"Sərdarın zədəsi bizim üçün heç də yaxşı olmadı. Əvvəlcədən qurulan planımız var idi, indi isə hər şeyi yenidən düşünməliyik",-deyib.
Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" görüşü bu gün Bakı vaxtı ilə 20:00-da başlanacaq.