"Fənərbağça" braziliyalı futbolçunu hədəfləyib

Türkiyə Super Liqasının 34-cü turunda "Beşiktaş"a 0-1 uduzan "Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı.

Sportline.az xəbər verir ki, "sarı-lacivərtlər" sona 3 tur qalmış "Qalatasaray"dan artıq 8 xal geri qalırlar.

Bu isə baş mükafata olan ümidlərin dəfni anlamına gəlir.

Səhvlərdən nəticə çıxarmağa çalışan klub rəhbərliyi artıq gələn mövsümün hazırlığına start verib.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə "Fənərbağça"nın transfer siyahısında olanlardan biri də "Vasko da Qama"nın mərkəz müdafiəçisi Lukas Freitasdır.

İstanbulluların 24 yaşlı futbolçu üçün hərəkətə keçdiyi bildirilir. 

Qeyd edək ki, Freitasın Braziliya təmsilçisi ilə 2027-ci ilədək müqaviləsi var.