"Fənərbağça" daha bir ulduz futbolçuyla razılıq əldə edib

"Fənərbağça" klubu ulduz futbolçu Rade Kruniçin transferi üçün İtaliya klubu ilə razılıqa gəlib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Bosniya və Herseqovinalı yarımmüdafiəçi ən qısa zamanda İstanbul klubuna qatılacaq.

"Fənərbaxğça" 30 yaşlı futbolçu üçün "Milan"a 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Milan" rəsmiləri futbolmunun keçidinə rəsmi olaraq razılıq verdiklərini bildiriblər.