"Fənərbağça" portuqaliyalı futbolçuyla yollarını ayıra bilər

"Fənərbağça" klubu 27 yaşlı portuqaliyalıı yarımmüdafiəçi ilə yollarını ayıra bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər"də çıxış edən portuqaliyalı futbolçu Miqel Kresponun menecerinin 2 komanda ilə görüşmələrə başladığını açıqlanıb.

"Fənərbağça" klubunun rəsmiləri futbolçunun ayrılmaq istəməsinə müsbət cavab verib və gələn təklifi qəbul edəcəklərini bildiriblər. 

Qeyd edək ki, Miqel Krespo bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 17 oyunda 1 qol,1 asistlə yadda qalıb.