"Fənərbağça" ulduz futbolçu ilə bağlı danışıqlara başalyıb
Türkiyə nəhəngi "Fənərbağça" ulduz futbolçu Kruniçlə şəxsi razılıq əldə edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" təcrübəli yarımmüdafiəçi üşün "Milan"a 5 milyon avro təklif ediblər.
30 yaşlı futbolçu son matçlarda əsas heyətə daxil ola bilməməsindən şikayətləndiyi üçün komandadan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Kruniç bu mövsüm "Milan" forması ilə cəmi 14 oyunda meydana çıxıb.