"Fənərbağça" türkiyəli hücumçunu komandadan göndərir
"Fənərbağça" klubu 26 yaşlı sağ cinah hücumçusu Emre Morla yolları ayırmaq qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, bu mövsüm yaşıl meydanlara çıxma şansı əldə etməyən futbolçu komandadan ayrılacaq.
Emre Morun meneceri İstanbula dəvət olunub və utbolçu üçü yeni klub axtarışlarına başlamasını tələb ediblər.
Qeyd edək ki, Emre Mor daha öncə Türkiyənin "Qalatasaray" klubunun da şərəfini qoruyub.