"Fənərbağça"nın 21 yaşlı futbolçusu kulubdan ayrılıb

"Fənərbağça"  21 yaşlı gənc futbolçusu Barış  Sunqurla yolları ayırıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, gənc futbolçu instaqram hesabından paylaşım edərək:"Azarkeşlərimizə bu günə kimi məni dəstəklədikləri üçün təşəkkür edirəm. Yaxşı ki, varsınız və sizi daima sevəcəm",-deyib.

Qeyd edək ki, Barış Sunqur "Fənərbağça" kulubuna "Bucaspor 1928"dən transfer olunmuşdu.