"Fənərbağça"nın ulduz futbolçusu zədələnib
"Fənərbağça"nın bu mövsüm transfer etdiyi ulduz futbolçu Edin Ceko zədəli olduğu üçün komanda ilə məşq etməyib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 37 yaşlı hücumçu "Kayserspor"la matç öncəsi komanda ilə məşq etməyib.
Baş məşqçi İsmail Kartal Edin Cekonun zədəli olduğu üçün bu görüşdə iştrak etməyəcəyini deyib.
Qeyd edək ki, Edin Ceko bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 21 oyunda 16 qol,7 asistlə yadda qalıb.