"Fənərbağça"nın yeni hədəfi
"Fənərbağça" gələn mövsüm üçün hücum xəttində ciddi dəyişiklik etməyi planlaşdırır.
Sportline.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istanbullular Edin Çeko və Cenk Tosunla yolları ayıracaq.
Onlarla yanaşı Yusef En-Nesirinin də gələn sezon üçün planlarda yer almadığı bildirilir.
Sözügedən futbolçuların yeniləri ilə əvəzlənəcək ki, onlardan biri də "Brentford"un forvardı Juan Vissadır.
"Fənərbağça"nın konqolu futbolçu üçün 30 milyon avrodan keçməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Vissa bu mövsüm keçirdiyi 29 oyunda 15 qol və 3 asistlə yadda qalıb.