Fernandeş Avropa nəhənglərinin radarındadır
"Vest Hem"in futbolçusu Mateuş Fernandeş yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Arsenal", "Mançester Yunayted", "Paris Sen-Jermen" və "Liverpul" sözügedən oyunçu ilə yaxından maraqlanır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Fernandeşin transfer qiyməti 80 milyon avrodur.