Fernando Muslera "Qalatasaray"la müqaviləsinin müddətini uzatmayıb

"Qalatasaray"ın təcrübəli qolkiperi Fernando Muslera komanda ilə yeni müqavilə imzalamayıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, iyundun 30-da müqavilə müddəti bitən təcrübəli qolkiperin "sarı-qırmızılar"la gələcəyi sual latındadır. 

"Nasional" kulubunun prezidenti Alexandro Balbi Fernando Muslera ilə maraqlandığını və "Qalatasarayda" qalmaq istəyib istəmədiyini soruşub. Təcrübəli qolkiper isə cavabında :"Bura mənim evimdir. Əlbəttə təklif gələrsə qəbul edəcəyəm və sevə-sevə qalacağam",-deyib. 

Qeyd edək ki, daha öncə Fernando Musleranın ailəsi ilə əlaqədar olaraq Uruqvaya dönəcəyi bildirilmişdi.