FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Xorvatiya millisinin azarkeşlərinin Kanada ilə oyun zamanı davranışını araşdırır.

Sportline.az xəbər verir ki, Kanada Futbol Assosiasiyası yığmanın 1:4 hesabı ilə məğlub olduğu görüşdə qapıçı Milan Boryanın serb əsilli oldu üçün xorvat azarkeşlər tərəfindən təhqir və təhdidlərə məruz qalması ilə bağlı ali futbol qurumuna şikayət edib.

FIFA İntizam Komitəsi bu üzdən Xorvatiya Futbol Federasiyasına qarşı iş qaldırıb. Proses FİFA İntizam Məcəlləsinin 13 və 16-cı maddələri əsasında açıqdır. Bu maddələr ev oyunlarının tamaşaçısız keçirilməsi də daxil olmaqla cərimə və sanksiyaları nəzərdə tutur.

Qeyd edək ki, F qrupundakı ilk iki turda aktivinə xal yazdıra bilməyən Kanada yığması bu gün Mərakeşlə keçiriləcək oyundan sonra mundialla vidalaşacaq.