FİFA niderlandlı baş məşqçini cəzalandıra bilər
FİFA niderlandlı baş məşqçinin Avropa klublarını çalışdırmasına qadağa qoya bilər.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Mark Overmars "Ayaks"da çalışdığı müddət ərzində qadınlara qarşı qeyri etik paylaşımlar etdiyi üçün 2022-ci ildə klubdan ayrılıb.
Niderlandlı çalışdırıcı daha sonra "Antverpen" klubuna keçsə də məsələ FİFA-ya bildirilib və baş məşqçinin Avropa klublarını çalışdırmasına qadağa qoyula bilər.
Qeyd edək ki, Mark Overmarsa tətbiq olunacaq cəza dünya çemionatlarında da keçərli ola bilər.