"Flamenqo"nun futbolçusu İngiltərə klublarının maraq dairəsindədir
"Flamenqo"nun brazilyalı futbolçusu Vesliy karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Siti" Vesliyin xidmətində maraqlıdır.
21 yaşlı futbolçunun "Flamenqo" ilə müqaviləsi 2028-ci ilin dekabr ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Vesliy cari mövsüm çıxış etdiyi 18 matçda 1 qol 2 asistlə yadda qalıb.