Florentino Perez portuqaliyalı ulduzu "Real Madrid"ə gətirmək istəyir
"Real Madrid"in prezidenti Florentino Perez PSJ-nin ulduzu Vitinyanı komandaya gətirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Record Portugal" nəşri məlumat yayıb.
26 yaşlı futbolçunun sərbəst qalma məbləği 115 milyon avrodur.
Qeyd edək ki, Vitinyanın PSJ ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.