Formula 1: Bu yol bağlandı

Paytaxt Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2022-yə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir.

Sportline.az xəbər verir ki, may ayının 19-u, gecə saat 23:00-dan etibarən Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlanıb. 

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək.