"Formula 1": Dördqat dünya çempionu koronavirusa yoluxduğu üçün ilk yarışı buraxacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel koronavirusa yoluxub.

Sportline.az komandanın rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı sürücü bu səbəbdən martın 20-də mövsümün ilk yarışı hesab edilən Bəhreyn Qran-prisini buraxacaq.

4 qat dünya çempionunu almaniyalı həmyerlisi Niko Hülkenberq əvəzləyəcək.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.