"Formula-1" Emiliya-Romanya Qran-prisi ilə müqaviləni uzadıb
"Formula 1" İtaliyadakı İmola trasında keçirilən Emiliya-Romanya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.
Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2025-ci ilədək nəzərdə tutulub.
Emiliya-Romanya Qran-prisi 2020-ci ildə dünya çempionatının təqviminə qayıdıb. Ötən il təqvimindəki yerini qoruyan İmola trası bu il yarışın dördüncü mərhələsinə (22 - 24 aprel) ev sahibliyi edəcək.
Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.