Formula 1 komandaları artıq Bakıdadır

10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq tam gücü ilə davam edir.

Sportline.az xəbər verir ki, Bakı halqası artıq tam hazır vəziyyətə gətirilib. Bu gün yarış treki Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti tərəfindən Beynəlxalq Avtomobil Federasiyasına (FIA) yoxlanış üçün təhvil verilib.

Ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq yoxlanışdan sonra FIA tərəfindən təhvil veriləcək Bakı treki 9 iyun tarixində yarışa tam hazır olacaq.

Qeyd edək ki, 2022 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək bütün komandalar artıq Bakıdadır. Komandalar hazırda Paddokda yerləşən qarajlarında yarışa hazırlıq görürlər. Formula 1 pilotlarlarının da bu gün ərzində şəhərimizə gəlişi gözlənilir.