"Formula 1" komandası Bakıdakı son yarışın qalibi ilə müqaviləni uzadıb
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası pilotu Serxio Pereslə müqavilənin müddətini uzadıb.
Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı sürücünün yeni sözləşməsi 2024-cü ilin sonunadək nəzərdə tutulub.
Serxio Peres son olaraq, mayın 29-da keçirilmiş Monako Qran-prisinin qalibi olub. Meksikalı pilot 2021-ci ildə Bakıda keçirilmiş yarışda da finişə birinci çatıb.
Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.