"Formula 1" komandası rusiyalı pilotla yollarını ayırır

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası rusiyalı pilotu Nikita Mazepinlə yollarını ayırmağı qərara alıb.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Serxio Rodriges məlumat yayıb.

O bildirib ki, "Haas" Mazepini ehtiyat komandasından Pietro Fittipaldi ilə əvəzləyəcək. 26 yaşlı sürücü Mik Şumaxerlə birlikdə 10 - 12 martda Bəhreyndəki ikinci qış sınaq yarışlarında iştirak edəcək.

ABŞ təmsilçisinin tezliklə məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 23-25 sentyabrda təşkili planlaşdırılan Rusiya Qran-prisi Ukrayna ilə müharibə səbəbindən ləğv edilib. "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.