"Formula 1": Pilotlar Bakıdakı yarışda zinət əşyalarından istifadə edə biləcəklər
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" pilotlarının yarış zamanı zinət əşyaları taxmasına iyunun sonlarınadək icazə verəcək.
Sportline.az FIA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna görə sürücülərə heç bir cərimə tətbiq olunmayacaq. Bu isə o deməkdir ki, pilotlar Azərbaycan Qran-prisində də zinət əşyalarından istifadə edə biləcəklər.
Bakıdakı yarış 10 - 12 iyunda keçiriləcək.
Qeyd edək ki, bu məsələ iyulun 1-də Britaniya Qran-prisində yenidən müzakirə ediləcək və son tarixdən əvvəl pilotlarla əlavə danışıqlar aparılacaq.