"Formula 1" pilotları zinət əşyalarına görə cəzalana bilər
"Formula 1" üzrə dünya çempionatında çıxış edən pilotlar zinət əşyalarına görə xallardan məhrum olacaq.
Sportline.az "Auto Motor und Spor" nəşrinə istinadən xəbər verir ki, sürücülər yarış vaxtı bolidlərdə olarkən həmin əşyaları taxsalar, cəza ilə üzləşə bilərlər.
İlk qayda pozuntusuna görə pilota 25 mini şərti olmaqla 75 min avro cərimə tətbiq olunacaq. Sürücü yenidən eyni halı təkrarlasa, 125 min avro ödəyəcək və növbəti dəfə şərti olaraq 25 min avroluq cəriməyə məruz qalacaq.
Üçüncü qayda pozuntusuna isə 250 min avro cərimə kəsiləcək və pilot fərdi yarışda 10 xaldan məhrum ediləcək.
Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.