"Formula 1" pilotu Bakıda maraqlı vəziyyətlə üzləşib

"Formula 1" üzrə dünya çempionatının iştirakçısı - "Alpine" komandasının pilotu Esteban Okon Bakıda maraqlı anla üzləşib.

Sportline.az xəbər verir ki, 26 yaşlı sürücü İçərişəhər ərazisində azarkeşə avtoqraf verib.

Fanat fransalı pilota imzanı çimərlik oyuncağına atdırıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyun tarixlərində keçiriləcək.