"Formula 1" pilotu: "Bakıdakı yarışı səbrsizliklə gözləyirəm"

"Bu, gözəl və çox unikal trasdır. Uzun, düz və yavaş döngələrə malikdir. Bakıdakı yarışı səbrsizliklə gözləyirəm".

Sportline.az xəbər verir ki, bunu "Haas" komandasının pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

Bolidində "Ferrari" mühərriki olan 30 yaşlı sürücü uzun və düz trasda az problem yaşayacağını bildirib: "Mühərrikin gücü çox vacibdir və bizim yaxşı mühərrikimiz var".

Danimarkalı pilotun fikrincə, Bakıda həmişə yarış vaxtı çoxlu hərəkətlilik olur: "Sarı bayraqların qaldırılması və ya avtomobillərin təhlükəsizliyi ilə bağlı risklər böyükdür. Hər zaman elə görünür ki, Bakıda adi yürüşlərdən daha böyük imkanlar var".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.