"Formula 1": Rusiyanı əvəzləyə biləcək ölkənin adı açıqlanıb
"Formula 1" üzrə dünya çempionatının təqvimində Rusiya Qran-prisini əvəzləyə biləcək ölkənin adına aydınlıq gəlib.
Sportline.az "Autosport" nəşrinə istinadən xəbər verir ki, yarış rəhbərliyi Sinqapurun namizədliyini nəzərdən keçirir.
Belə olacağı təqdirdə, Marina Bey trekində iki həftə ərzində iki mərhələ gerçəkləşəcək.
Qeyd edək ki, Rusiya Qran-prisi 23 - 25 sentyabrda baş tutmalı idi. 10 - 12 iyunda isə Azərbaycan Qran-prisi gerçəkləşəcək.