"Formula 1": Serxio Peres növbəti dəfə ən yaxşı nəticəni göstərib

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb. 

Sportline.az xəbər verir ki, "Red Bull"dan Serxio Peres ən yaxşı nəticəni göstərib. 

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub. 

Ötən gün ilk test yürüşlərində müvafiq olaraq Peres və Lekler birinci olmuşdu. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq.