Fransa millisi onu da itirdi

Fransa millisi daha bir ciddi itki ilə üzləşib.

Sportline.az "RMC Sport"a istinadən xəbər verir ki, DÇ-2022-nin ilk turunda Avstraliya ilə oyunda (4:1) sıradan çıxan Lukas Ernandesin zədəsi ciddidir.

Diz çarpaz bağlarında yırtıq aşkarlanan "Bavariya"nın müdafiəçisinin mundialın qalan oyunlarında meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, Fransa millisində Kərim Benzema, Presnel Kimpembe, Pol Poqba, Nqole Kante, Mayk Menyan və Kristofer Nkunku da zədə səbəbindən mundialda iştirak etmir.