Fransa millisinin üzvü əməliyyat olundu
"Bavariya"nın və Fransa millisinin müdafiəçisi Lukas Hernandes dizindən əməliyyat olunub.
Sportline.az "Bild"ə istinadən xəbər verir ki, Avstriyanın İnsbruk şəhərində şəhərində edilən əməliyyat uğurla keçib.
26 yaşlı futbolçu Münhendə reabilitasiya kursu keçəcək. Onun sağalma müddəti hələ açıqlanmayıb.
Qeyd edək ki, Lukas Hernandes DÇ-2022-nin 1-ci turunun Avstraliya ilə matçda zədələnib və müayinədən sonra mundialın növbəti oyunlarını buraxacağı məlum olub.