Fransa millsiinin heyətində itki
Milli komandanın 2026-cı il Dünya çempionatının seçmə mərhələsindəki rəqibi - Fransa seçməsinin heyətində itki yaşanıb.
Sportline.az xəbər verir ki, söhbət PSJ-nin oyunçusu Bredli Barkoladan gedir.
23 yaşlı hücumçu zədə səbəbindən Parisdəki görüşü buraxacaq.
Onun əvəzinə “Lill”in futbolçusu Florian Toven düşərgəyə çağırılıb.
Qeyd edək ki, Fransa-Azərbaycan görüşü oktyabrın 10-da Parisdə keçiriləcək.