Fransalı futbolçu "Bavariya"da tibbi müayinədən keçəcək

"Kristal Pelas"ın oyunçusu Maykl Olise iyulun 7-də "Bavariya" üçün tibbi müayinədən keçəcək.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Bavariya" 22 yaşlı futbolçunun müqaviləsində nəzərdə tutulan təzminatı ödəyəcək.

"Kristal Pelas" Almaniya klubundan bir sonrakı satışdan pay tələb edir.

Qeyd edək ki, fransalı vinqer ötən mövsüm London klubunun heyətində 19 oyunda 10 qol və 6 asistlə çıxış edib.