Fransalı ulduz futbolçu "Atletiko Madrid"də tarixi nəticəyə imza atıb

Ötən gün İspaniya "Super Kubok"u uğrunda keçirilən “Real Madrid”-“Atletiko Madrid” oyunununda Antuan Qrizman tarixi nəticəyə imza atıb.

Sportline.az xəbər verir ki, matçın 37-ci dəqiqəsində fərqlənən fransalı ulduz futbolçu “Atletiko Madrid” tarixinin ən məhsuldar oyunçusu olub.

32 yaşlı forvard "Atletiko Madrid"in heyətində 174-cü qolunu vurub. 

Qeyd edək ki, Antuan Qrizman bu nəticə ilə  Luis Araqonesi qabaqlayıb (173).