Futbolçunu vuran fanat saxlanıldı
"Mançester Siti"nin futbolçusu Cek Qrilişə sillə vuran "Mançester Yunayted" fanatı polis tərəfindən saxlanılıb.
Sportline.az xəbər verir ki, 31-ci turun Mançester derbisindən sonra yaşanan insidentin səbəbkarı mühakimə olunacaq.
Bu haqda "The Telegraph" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 20 yaşlı azarkeşə qarşı cinayət işi qaldırılıb.
Qeyd edək ki, 0-0 hesabı ilə bitən oyundan sonra Qrilişi yanına çağıran fanat, onun üzünə zərbə endirmişdi.