Gənc basketbolçudan atasına 400 min dollarlıq hədiyyə

Milli Basketbol Assosiasiyasının gənc ulduzlarından Lonzo Boll "Twitter"də paylaşdığı video ilə gündəmə gəlib. 

SportLine.az xəbər verir ki, "Los Anceles Leykers"in üzvü atasına 400 min dollar dəyərində hədiyyə alıb. Basketbolçu Milad bayramında Lavar Bolla "Rolls Roys" markalı maşın hədiyyə edib.