Güləşçimiz dünya çempionatının finalında
Azərbaycanın daha 2 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan U-23 dünya çempionatında yarımfinal görüşünü keçirib.
Sportline.az xəbər verir ki, 57 kq-da mübarizə aparan Əliabbas Rzazadə idmançı finala gedən yolda hindistanlı Saurab İqave ilə qarşılaşıb.
Rəqibi üzərində qələbə qazanan Rzazadə finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi qırğızıstanlı Bekbolot Mirzənəzər olacaq.
70 kq-da çıxış edən Murad Yevloyevin rəqibi qırğızıstanlı Ernazar Almataliyev olub. Yevloyev rəqibinə 8:10 hesabı ilə uduzub.
79 kq çəki dərəcəsində yer alan Əşrəf Aşırov isə yarımfinalda rusiyalı Maqomed Maqomayevlə dueldən məğlub ayrılıb - 0:4. Hər 2 güləşçi 3-cü yer uğrunda mübarizə aparacaq.
65 kq-da yarışan Zirəddin Bayramovun 1/4 finalda uduzduğu rusiyalı İbrahim Abdurrəhmanov finala çıxdığından Azərbaycan təmsilçisi təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, bu gün xalça üzərinə çıxan digər güləşçi İslam İlyasov (97 kq) isə startda rusiyalı Şamil Hacıəliyevə məğlub olaraq mübarizəni dayandırıb.