Güləşçimiz rəqibini yumruqla yerə sərdi

Moskvada keçirilən Avropa Millətlər kubokunda qalmaqal yaşanıb. SportLine.az saytını məlumatına görə, insident  çəkisi 125 kq-dək olan sərbəst güləşçilərin yarışında baş verib. Belaruslu rəqibin sərt hərəkətinə adekvat reaksiya verən pəhləvanımız Ali Maqomedabirov ona yumruq zərbələri endirib. Hakimlərin yarışdan kənarlaşdırdığı idmançılar münasibətləri xalçadan kənarda aydınlaşdırmağa çalışıblar. Bu isə, belarusluya daha ağır başa gəlib.