Gyökeresi 2 İngiltərə nəhəngi istəyir
"Sportinq"in isveçli forvardı Viktor Gyökeres İngiltərə klublarının maraq dairəsinə düşüb.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" Gyökereslə yaxından maraqlanır.
26 yaşlı futbolçunun transfer qiyməti 75 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Gyökeres bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 52 qol 12 asistlə yadda qalıb.
Onun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.