Hacı Əliyev: "Olimpiadada çıxış etmək üçün özümdə güc var idi"
"Bəzi işlər və məsələlərə görə karyeramla bağlı hələ tam qərar verməmişəm".
Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın 3 qat dünya və 3 Avropa çempionu Hacı Əliyev deyib.
65 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, planlaşdırdığı işlər baş tutmasa, mübarizə aparmağa davam edəcək: "Olimpiadada çıxış etmək üçün özümdə hər şey - güc, imkan və şərait var idi. Bəzi məsələlərə görə qərarımı daha sonra açıqlayacağam. Elə bir hal yoxdur ki, idmanı ona görə saxlayım. Amma hər halda ilin sonunadək qərarımı verəcəyəm".
Qeyd edək ki, Hacı Əliyev son olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, 2016-cı il Rio olimpiadasının bürünc mükafatçısıdır.