Harri Keyn Bundesliqada mövsümün bombardiri oldu
"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqada 2023/2024 mövsümünün bombardiri olub.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, ingiltərəli super ulduz liqada keçirdiyi 32 oyunda 36 qol vuraraq qol krallığı yarışında zirvədə qərarlaşıb.Onun aktivində həmçinin 8 asist var.
İkinci pilləni isə "Ştutqart" forması geyinən Seru Qirassi tutub.(28 qol)
Harri Keyn bu mövsümün əvvəlində 100 milyon avro qarşılığında "Tottenhem"dən heyətə cəlb olunub.30 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi 2027-ci ilə qədərdir.Transfermarkt portalında onun transfer dəyəri 110 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Keyn bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 45 oyunda 44 qol vurub , 12 asist edib.