Harri Keyn "Bavariya" azarkeşlərinə səslənib

"Bavariya" kulbunun ingiltərəli hücumçusu azarkeşlərə dəstəkləri üçün təşəkkür edib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 30 yaşlı hücumçu Almaniya kulubuna transfer olunduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Açıqlamasında : "Qış fasiləsindən sonra keçiriləcək oyunları səbirsizliklə gözləyirəm. "Bavariya"da çıxış etdiyim ilk aylar mənim üçün çox gözəl keçdi. Azarkeşlərə də dəstəkləri üçün təşəkkür edirəm",-deyib.

Qeyd edək ki,Harri Keyn "Bavariya" forması ilə çıxdığı 22 oyunda 25 qol, 8 asistlə komandanın ən məhsuldar futbolçusuna çevrilib.