Harri Keyn "Qızıl Buts"la mükafatlandırılıb

"Bavariya"nın ingiltərəli hücumçusu Harri Keyn 2023/2024 mövsümünün qızıl buts mükafatına layiq görülüb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, ötən mövsümü 36 qolla tamamlayan Keyn Avropa Liqaları arasında ən yaxşı göstəriciyə malik olub.

Keyn mərasimdə "Mənim üçün çox qürurverici bir andır. Komanda yoldaşlarımın, məşqçilərimin, azarkeşlərin və ailəmin dəstəyi olmadan bu mümkün olmayacaqdı" deyib.

Qeyd edək ki, 31 yaşlı hücumçu ötən mövsüm bütün turnirlər daxil olmaqla 45 oyunda 44 qol vurub, 12 asist edib.