"Heç də hər gün uğurlu alınmır"
PSJ-nin qapıçısı Canluici Donnarumma ünvanına söylənilən tənqidləri cavablandırıb.
Sportline.az xəbər verir ki, italiyalı futbolçu bununla bağlı düşüncələrini bölüşüb.
"Heş də hər gün uğurlu alınmır. Bununla belə məncə bu çətin olduğu qədər də ən gözəl peşədir. Qapıçı səhv edən kimi tənqid atəşinə tuş gəlir", - deyə Donnarumma RMC Sport-a açıqlamasında bildirib.
Qeyd edək ki, təcrübəli qolkiper 14-cü turun "Havr"la oyununda (2-0) 10-cu dəqiqədə aldığı qırmızı vərəqəyə görə azarkeşlərin ciddi tənqidinə tuş gəlmişdi.