Henri Onyekuru Murat Sancaka cavab verdi
Nigeriyalı təcrübəli futbolçu Henri Onyekuru "Adana Demirspor"un prezidenti Murat Sancakın tənqidlərini cavabsız qoymayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 26 yaşlı hücumçu instaqram hesabından paylaşım edərək : "Murat bəy hələ də mənim haqqımda danışmaq yerinə, futbolçuların maaşını vermək lazımdır",-deyib.
"Adana Demirspor"un prezidenti isə : "Sən narahat olma heç kimin pulu bizdə qalmaz. Lazım gələndə hər kəsin haqqı nədirsə onu da veririk",-deyib.
Qeyd edək ki, Murat Sancak qatıldığı verlişlərdən birində Henri Onyekuru haqqında tənqid edici sözlər işlətmişdi.