Bakıda beynəlxalq tennis turniri davam edir
Bakı Tennis Akademiyasında ənənəvi ITF Payız Kuboku turnirinin növbəti - 4-cü mərhələsi davam edir.
Sportline.az xəbər verir ki, 18 yaş kateqoriyasında keçirilən yarışda Azərbaycanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, İsrail və digər ölkələrdən ümumilikdə 87 nəfər iştirak edir. Azərbaycanı bu mərhələdə 4 tennis təmsil edir: Kənan Qasımlı, Elvin Həşimov, İlham Baxşəliyev və Diana Yakovleva. İdmançılarımızdan Kənan Qasımlı, Elvin Həşimov və Diana Yakovleva ilk mərhələdə qalib gələrək 2-ci raunda yüksəlib.
Final görüşləri sentyabrın 24-də keçiriləcək.