"Hoffenhaym" çexiyalı futbolçunu heyətinə qatıb
"Hoffenhaym" "Bayer 04" forması geyinən Adam Hlozeki rənglərinə bağlayıb.
Sportline.az Bild.com-a istinadla xəbər verir ki, bu transfer Almaniya klubuna 18 milyon avroya başa gəlib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə çexiyalı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Ötən mövsüm Bundesliqada 23 oyuna çıxan 22 yaşlı futbolçu aktivinə 2 qol və 3 asist yazdırıb.
Qeyd edək ki, o, "Bayer 04"ün heyətində 2023-2023 mövsümündə ölkə çempionatının və kubokunun qalibi olub.