Höylund "Mançester Yunayted"i tərk edir

"Mançester Yunayted" bu yay Rasmus Höylund üçün təklifləri nəzərdən keçirməyi planlaşdırır.

Sportline.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "Qırmızı şeytanlar" danimarkalı futbolçu üçün ən azı 40 milyon avro gözləyir.

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm çıxış etdiyi 45 matçda 8 qol 4 asistlə yadda qalıb.