"Hyuston" "Boston"dan güclü oldu, "Toronto" əlavə vaxtda uduzdu

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 7 qarşılaşma təşkil olunub.

"Boston Seltiks" və "Hyuston Rokets" görüşü maraqlı anlarla yadda qalıb. Oyun boyu üstünlüyünü qoruyub saxlayan Hyuston basketbolçuları yekunda qələbə qazanıblar.

"Toronto Reptors" isə gərgin mübarizənin sonunda "Detroyt Pistons"a məğlub olub.

Nəticələri diqqətinizə çatdırırıq:

"Boston Seltiks" - "Hyuston Rokets" - 104:115

"Çikaqo Bulls" - "Atlanta Houks" - 118:123

"Los Anceles Klippers" - "Nyu York Niks" - 128:107

"Klivlend Kavaliers" - "Orlando Məcik" - 107:93

"Detroyt Pistons" - "Toronto Reptors" - 112:107 (əlavə vaxt)

"Vaşinqton Uizards" - "Minnesota Timbervulfs" - 135:121

"Oklahoma Siti Tander" - "Memfis Qirzzlis" - 99:95