"Hyuston" və "Toronto" azarkeşlərini sevindirdi

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, azarkeşlər ötən gecə daha üç oyuna şahidlik ediblər.

"Portlent Treyl Bleyzers"lə üz-üzə gələn "Hyuston Rokets" qələbəni bayram edib.

"Toronto Reptors" isə "Los Anceles Klippers"dən güclü olub.

"Hyuston Rokets" - "Portlent Treyl Bleyzers" - 111:103

"Sen Antonio Spörs" - "Feniks Sans" - 111:86

"Los Anceles Klippers" - "Toronto Reptors" - 99:123