İngiltərə və Portuqaliya milliləri qalib gəliblər
2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları baş tutub.
Sportline.az xəbər verir ki, F, H, K qruplarında ümumilikdə 6 qarşılaşma keçirilib.
İngiltərə yığması evdə Andorra millisini qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Avstriya seçməsi doğma meydanda Kipr yığması ilə qarşılaşıb. Oyun ev sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb.
DÇ-2026, seçmə mərhələ
6 sentyabr
F qrupu
Ermənistan – Portuqaliya 0:5
İrlandiya – Macarıstan 2:2
H qrupu
San Marino - Bosniya və Herseqovina 0:6
Avstriya - Kipr 1:0
K qrupu
Latviya – Serbiya 0:1
İngiltərə - Andorra 2:0